Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

06.11.2022

Uşaqlara hüquqları izah edilir

Nəsimi rayonundakı 111 saylı tam orta məktəbin ibtidai sinif şagirdləri ilə "Uşaq hüquqları aylığı" çərçivəsində görüş keçirilib.
Tədbirdə Nəsimi RPİ-nin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin inspektorları, polis kapitanı Yeganə Zeynalova və polis baş leytenantı Ziba İbrahimova iştirak ediblər.

İdarənin əməkdaşları şagirdlərə uşaq hüquq və vəzifələri barədə ətraflı məlumat verib, uşaqlara qarşı ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları, uşaqların istismarı, sui istifadə, laqeyd rəftar və zorakılıq məsələlərinə də toxunublar. Məktəbdə davranış qaydalarına, eləcə də dərsə gələrkən piyada keçidlərindən istifadə etmək kimi yol hərəkət qaydalarına əməl etmənin zəruriliyi barədə profilaktik söhbət aparıldıqdan sonra mövzu ilə əlaqədar fikirlərini bildirmələri üçün məktəblilərə söz verilib və uşaq hüquqları ilə bağlı bilikləri yoxlanılıb.

Sonda şagirdlərin ifasında səhnəciklər göstərilib, şeirlər səsləndirilib.

R.Mehtiyev





Çap et  Çap et