Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

11.11.2022

Uşaqların Zəfər coşqusu

Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin 2 saylı uşaq bağçasında “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.
Bayram şənliyi balacaların Dövlət Himnini ifa etməsilə başlayıb.

İştirakçıları salamlayaraq Vətən müharibəsi və Zəfər Günü haqqında danışan bağçanın müdiri Sevinc Məmmədəliyeva gələcək nəsilə Vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu aşılamaq baxımından tədbirin əhəmiyyətli olduğunu və uşaqlara əsl bayram sevinci yaşatdığını deyib.

DİN Mətbuat Xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Hafiz Təmirov isə Zəfərin bir vaxtlar Qarabağdan məcburu köçkün kimi ev-eşiyindən didərgin düşən uşaqların, bağçalarda, məktəblərdə Vətən eşqi ilə boya-başa çatan cəsur oğullarımızın sayəsində əldə edilməsinə diqqət çəkib, bu gün güclü Azərbaycan dövlətinin çətiri altında təlim-tərbiyə alan uşaqların da gələcəkdə ölkəmizə həkim, polis, hərbçi kimi fayda verəcəklərinə inandığını bildirib.

Tədbirdə balacalar mahnılar oxuyub, şeirlər səsləndiriblər. Kukla Teatrının aktyorlarının qələbədən bəhs edən səhnəciyin nümayiş etdirməsi ilə bayram şənliyi başa çatıb.

R.Mehtiyev





Çap et  Çap et