Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

30.10.2022

Həmkarımız beynəlxalq tədbirdə iştirak edib

2022-ci ilin 17-21 oktyabr tarixlərində Vyanada BMT-nin “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına Tərəf-Dövlətlərin 11-ci Konfransı keçirilmişdir. Təşkilata üzv-dövlətlərin, hökumətlərarası təşkilatların, habelə müxtəlif milli və beynəlxalq qeyri-hökumət təşkilatlarının təmsil olunduğu tədbirdə Azərbaycan Respublikası Baş Prokurorluğunun, Xarici İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Gömrük Komitəsinin, habelə Azərbaycan Respublikasının BMT-nin Vyanadakı bölməsində Daimi Nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyətinin tərkibində Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini, ölkəmizin Konvensiya üzrə əlaqələndiricisi, polis polkovnik-leytenantı Elnur Aslanov da iştirak etmişdir.
Transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təzahürləri ilə mübarizə sahəsində universal və regional əməkdaşlığın ayrı-ayrı aspektlərinin və yeni tendensiyalarının, çoxtərəfli münasibətlərdə vətəndaş cəmiyyətinin rolu və milli mexanizmlərinin nəzərdən keçirildiyi Konfransda gündəlikdəki mövzular üzrə təqdimatlar dinlənilmişdir.

Polis polkovnik-leytenantı E.Aslanov gündəlikdə duran dörd məsələ (Konvensiyanı tamamlayan “İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında Protokol” və “Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı Protokol”un dövlətdaxili qanunvericiliyi implementasiyası; transmilli mütəşəkkil cinayətkarlığın yeni forma və istiqamətləri də daxil olmaqla Konvensiyada təsbit olunan digər növ ağır cinayətlərlərlə mübarizədə Azərbaycan Respublikasının rolu və beynəlxalq əməkdaşlıq; ekstradisiya, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və müsadirə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsində ölkəmizin rolu) ətrafında çıxış etmiş, ölkəmizdə bu istiqamətlərdə həyata keçirilən fəaliyyətlə bağlı sualları cavablandırmışdır.





Çap et  Çap et