Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

29.07.2022

Güclərini sınadılar

Bu günlərdə Saatlı rayon Olimpiya İdman Kompleksində beş çəki dərəcəsində "DİN-in silahsız özünümüdafiə üzrə bölgə yarışları" turniri keçirilib. Yarışda zona üzrə 18 Rayon Polis Şöbəsinin 72 əməkdaşı gücünü sınayıb.

Şirvan Şəhər Polis Şöbəsinin üç əməkdaşı da öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb. Belə ki, 85 kiloqram çəkidə çıxış edən ŞPŞ-nin Kadrlar qrupunun fiziki və döyüş hazırlığı üzrə kiçik inspektoru - təlimatçı, polis baş serjantı Murad Gözəlov, 90 kiloqram çəki dərəcəsində PPXB-nin sahə polis nəfəri, polis baş serjantı Samit İsmayılov və 90 kiloqramdan artıq çəkidə PPXB-nin sahə polis nəfəri, polis kiçik serjantı Aslan Həsənli birinci yerin sahibi kimi medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, Şirvan ŞPŞ-nin əməkdaşları komanda üzrə də birinci yerin sahibi olublar.
Ümidvarıq ki, keçirilən bu yarışlar idman sahəsində bölgə gənclərinin də inkişafına təkan verəcək, onların ölkəmizi dünya miqyasında təmsil etmələrinə şərait yaradacaqdır.

Nizam Həmidov,
polis baş leytenantı





Çap et  Çap et