Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

02.06.2022

Şəkillər də danışırmış

"Biri vardı, biri yoxdu”yla başlayan, "Göydən üç alma düşdü”ylə bitən nağılları eşidə-eşidə böyüyürlər. Bəzən özlərini nağıl qəhrəmanlarına bənzədir, bəzən də özləri nağıl qəhrəmanları uydururlar. Nağılların arxasında hansı sehrin durduğunu anlamağa çalışır, nağıllı dünyanı gerçək bilir uşaqlar...

Ancaq elələri var ki, dünyaya göz açdığı evdə ancaq “qorxulu nağılların” təsiri altında böyüyürlər.
Gördüyünüz bu şəkildə uşaqlarını polislə qorxudan valideynlərə bir mesaj ünvanlanıb. Şəkil deyir ki, əlində kitab olan bu balaca ona nağıl oxuması üçün elə hər günü nağıl kimi maraqlı olan polis əmisinə üz tutur...

“Bu foto anidən çəkilib. Zorakılığa məruz qalmış bir uşağın qəlbinə yol tapmağın ən gözəl nümunəsi ona nağıl oxumaqdır. Bu körpə polis əməkdaşına kitab uzadıb “Polis əmi, mənə nağıl oxuyarsan?”,- deyir. Nağıl ona ağrılarını unutdurur, ümidlərini artırır, güvən verir. Uşaqlara düzgün yanaşdıqca birgə fəaliyyətimiz də uğurlu olur. Polis əməkdaşlarının hər birindən səmimiyyət, xoş yanaşma görürük və bundan qürur duyuruq”...

"Azərbaycan Uşaqları" Birliyinin sədri Kəmalə Ağazadə Abşeron RPİ-nin müstəntiqi, polis kapitanı Zaur Əkbərovun şəkli ilə bağlı öz təəssüratlarını belə bölüşür...

Ruhiyyə Əliyeva,
polis kapitanı





Çap et  Çap et