Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.05.2022

Peşəkarlar həyat qurtarır Polisin psixoloji hazırlığı xidmətdə dönüş yaradır

Nəsimi rayonunda intihar etmək istəyən gənci Rayon Mühafizə İdarəsinin əməkdaşları fikrindən daşındırıb, həyatını xilas ediblər.
Bir neçə gün əvvəl saat 20:00 radələrində Alı Mustafayev küçəsində 3-cü mikrorayon dairəsindəki körpüdən bir nəfərin özünü atmaq istədiyini görən ərazidə xidmət aparan mülki mühafizə xidmətinin əməkdaşları Kamil Muxtarlı, Seymur Vəliyev və həmin vaxt xidməti yoxlayan baş mühafizə inspektoru, polis leytenantı Cavid Ömərov bu barədə dərhal Növbətçi Hissəyə məlumat verib.

Daha sonra hadisə yerinə ərazi üzrə xidmətdəki avtomarşrutun əməkdaşları, polis baş serjantı Turan Səfərov və polis serjantı Kamal Abdullayev çağırılıb. Polislər körpüdən atılmağa hazırlaşan gənclə psixoloji söhbət aparıb, özünü öldürmək istəyindən çəkindiriblər. Daha sonra mühafizə xidmətinin əməkdaşları onu ərazi üzrə Nəsimi RPİ 20-ci PB-yə təhvil veriblər.

Bölmədə aparılan araşdırmalar zamanı həmin şəxsin Sabirabad rayon sakini C.Səmədov olduğu müəyyən edilib. O, intihara cəhd etməsinə ailə məsələlərinin səbəb olduğunu deyib. İntiharın çıxış yolu olmadığını psixoloji söhbətlərdən sonra dərk etdiyini bildirən vətəndaş onu yanlış yoldan döndərmiş polislərə minnətdarlıq edib.

R.Mehtiyev

 





Çap et  Çap et