Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.05.2022

Böyük Qələbədən 77 il ötür

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun göstərişi ilə nazirliyin nümayəndələri hər il faşizm üzərində Qələbədən sonra ömürlərini daxili işlər orqanlarında xidmətə həsr etmiş bir qrup Böyük Vətən müharibəsi iştirakçısına baş çəkir, onlara daxili işlər nazirinin səmimi təbriklərini və bayram hədiyyəsini çatdırırlar.

Bu il də böyük qələbənin yadigarlarını DİN rəhbərliyi unutmayıb. Faşizm üzərində Qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük zəfərin sevincini ikiqat qürur hissi ilə qeyd edən veteranlarımız-Müseyib İlyasov, Səfər Abdullayev və Əzim İbrahimov göstərilən yüksək diqqət və qayğıya görə ölkəmizin başçısına və Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Yeri gəlmişkən, aprel ayının 19-da Böyük Vətən Müharibəsinin 77-ci ildönümü ilə əlaqədar Prezident İlham Əliyevin imzaladığı “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” sərəncamı da həmin kateqoriyadan olan vətəndaşlara dövlət başçısının yüksək diqqət və qayğısının növbəti təzahürüdür.

Sərəncama əsasən, İkinci Dünya müharibəsinin iştirakçısı olmuş 96 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.

 





Çap et  Çap et