Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

08.05.2022

Çempion bəlli oldu

Mayın 10-da Sabunçu Rayon Polis İdarəsinin şöbə və bölmələri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş futbol çempionatının final oyunu keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Sonra oyuna start verilib.

Final oyununu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RPİ-nin rəisi, polis polkovniki Cavid Muradov və rayonun digər hüquq mühafizə orqanlarının rəhbərləri izləyib.
Gərgin keçən qarşılaşmada azarkeşlər qol yağışına şahidlik edib. Kadr və peşə hazırlığı qrupu və Növbətçi hissədən ibarət komanda İstintaq şöbəsinin komandasına 5:1 hesabı ilə qalib gəlib.
Final təmsilçiləri medal, kubok və qiymətli hədiyyələrlə təltif olunublar.

T.Əlizadə,
polis mayoru





Çap et  Çap et