Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

19.04.2022

Yarışın qalibi oldular

Bugünlərdə Rusiya Federasiyasının Krasnodar Polis Akademiyasının təşkilatçılığı ilə Akademiyalar arasında əməkdaşlıq protokolu səviyyəsində Rusiyanın və xarici dövlətlərin hüquq mühafizə orqanları arasında şahmat üzrə beynəlxalq onlayn yarış keçirilib.

Yarışda DİN Polis Akademiyasını İdman hazırlığı kafedrasının rəisi, polis polkovnik-leytenantı İlham Hüseynov, əyani fakültənin kursantları Hacıəli Əhədzadə, Əli Əliyev və Əli Məhərrəmli təmsil ediblər.
Zəkalıların qarşılaşmasında Polis Akademiyasının komandası qalib gəlib. Şəxsi birincilikdə isə I kurs kursantı Əli Əliyev II pillədə qərarlaşıb.





Çap et  Çap et