Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

31.03.2022

Rənglər narkomaniyaya “yox” deyir Məqsəd həm də istedadlı şagirdləri üzə çıxarmaqdır

Biləsuvar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə İsmətli kənd tam orta məktəbində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyayla mübarizə çərçivəsində keçirilən növbəti müsabiqənin qaliblərinin mükafatlandırılması tədbirində RPŞ-nin rəisi, polis polkovniki Nəsib Məmmədov və digər qurumların nümayəndələri iştirak ediblər.

Məktəblilər çəkdikləri rəsm nümunələri ilə cəmiyyətə çağırış edib, zərərli vərdişlərin, o cümlədən narkomaniyanın ailədə və insan orqanizmində səbəb olduğu ağır fəsadları rənglərin dili ilə tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonra münsiflər tərəfindən məzmununa və yaradıcılıq imkanlarına görə fərqlənən rəsmlər seçilib, müəllifləri mükafatlandırılıb.
Daha sonra narkomaniyanın acı nəticələrindən bəhs edən videoçarx nümayiş etdirilib, mövzu ilə bağlı məktəblilərə dəyərli tövsiyələr verilib.





Çap et  Çap et