Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.02.2022

Çavuşun qələbəsi

Fevralın 3-ü və 4-də Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə atletika üzrə 38-ci ölkə çempionatı baş tutub.

Həvəskarlarla yanaşı, “Rekord”, “Neftçi” və “Təhsil” idman klublarının, eləcə də Gəncə, Bərdə, İsmayıllı və Sumqayıt şəhərlərini təmsil edən ən güclü 13 idmançı yarışa qatılıb.

Atletlər qarşısında hədəf 3 min metr olub. DİN-in Daxili Qoşunların “N” saylı hərbi hissənin kitabxana rəisi, çavuş Zaman Pirverdiyev həmin məsafəni 9 dəqiqə 53 saniyəyə qət etməklə çempionatın qalibi olub.

“Polis”lə qələbə sevincini bölüşən həmkarımız idmançılara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə DİN və Daxili Qoşunların rəhbərliyinə minnətdarlığını bildirib.

R.Vəliyev





Çap et  Çap et