06.01.2022
Dünyanı uşaqlara verək
Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə uşaq evini ziyarət ediblər.
Fidanların əyləncəli oyunlarını, söylədikləri şeirləri, oxuduqları nəğmələri rəğbətlə qarşılayan və bayram sevincinə şərik olan həmkarlarımız onları hədiyyələrlə sevindirib, xoş arzularını çatdırıblar.
Uşaqlar bu gözəl günlərdə dəyərli vaxtlarını ayırıb onları unutmayan polis əməkdaşlarına bir valideyn sevgisi və şəfqəti ilə atdıqları bu nəcib addıma, eləcə də göstərilən diqqət və qayğıya görə təşəkkülərini bildiriblər.