Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

16.12.2021

Qardaşa həsr edilən qələbə

Bugünlərdə Litvanın Kaunas şəhərində “Kyokushin Karate” üzrə Avropa Kuboku uğrunda turnir keçirilib. Turnirdə beynəlxalq yarışların qalibi və iştirakçısı Səbail RPİ PPXB-nin polis nəfəri, polis sıravisi Solmaz Zeynallı 60 kiloqram çəki dərəcəsində Polşa və Litva idmançılarına asanlıqla qalib gəlib.

Finala gedən yolda həmkarımız isveçrəli idmançı ilə qarşılaşıb. Uduzacağını təxmin edən rəqibin Solmazın boğaz nahiyəsinə dirsəyi ilə qadağan olunmuş zərbə endirməsi hakimlərin diqqətindən yayınmayıb və o, turnirdən diskvalifikasiya olunub.
Əsas döyüşünə hazırlaşsa da hakimlərin qərarı ilə aldığı zərbəyə görə finala buraxılmayan idmançımız gümüş medalın sahibi olub.


Qeyd edək ki, S.Zeynallı bu qələbəsini Vətən müharibəsinin şəhidi, “İgidliyə görə”, “Vətən uğrunda” və “Füzulinin işğaldan azad olunmasına görə” medalları ilə təltif edilmiş qardaşı Tural Zeynalova həsr edib.

Ruslan Vəliyev,
polis baş leytenantı





Çap et  Çap et