Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

07.12.2021

Milli Qəhrəmanla görüş

Polis Akademiyasının kursantları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrin ehtiyatda olan baş çavuşu, Qarabağ Müharibəsi veteranı, Milli Qəhrəman İbad Hüseynovun görüşü keçirilib.
Tədbir ulu öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb. Bundan sonra Polis Akademiyasının rəis müavini, polis polkovniki İlyas İsayev fəxri qonağı tədbir iştirakçılarına təqdim edib.
Birinci Qarabağ Müharibəsi zamanı keçdiyi döyüş yolu barədə kursantlara məlumat verən Milli Qəhrəman 1993-cü ildə erməni terroristi “Avo” ləqəbli Monte Melkonyanı yaxalayaraq məhv etməsindən danışıb. Eləcə də Vətən mübaribəsi zamanı Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı siyasətdən və göstərdiyi qətiyyətdən, ordumuzun şücaətindən bəhs edib.
Qeyd edək ki, İ.Hüseynov göstərdiyi şücaət və xidmətlərinə görə 1994-cü ildə Azərbaycan Bayrağı ordeni, Türkiyə Respublikasında müxtəlif medallarla və mükafatlarla, 2020-ci ildə isə Azərbaycan Prezidenti tərəfindən “Milli Qəhrəman”ı adına layiq görülüb.





Çap et  Çap et