Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

02.12.2021

Xeyirxahlıq olan yerdə...

Sağlam cəmiyyət qurmaq uğrunda görülən işlərin bünövrəsi həm də o zaman möhkəm olur ki, polis-vətəndaş münasibətlərində şəffaflıq, inam və etibar olsun.
Bu gün asayişi, sabitliyi qorumaqla bərabər polisin gələcəyimizi qorumaq uğrundakı fədakarlığı diqqətdən kənar qalmır. Bəşəriyyətin vəbasına çevrilmiş narkomaniya və bu kimi digər zərərli vərdişlərdən gəncliyimizi qorumaq naminə həyatını belə təhlükəyə atan həmkarlarımız bu haqq mübarizəsində artıq tək deyil. Çəkilən zəhmət öz bəhrəsini verir. “Biz birlikdə güclüyük”ün gücü sözdə yox, əməldə özünü göstərir.

Polisin qapısı hər kəsin üzünə açıqdır və bəzən bağlı qapılar arxasındakı nigarançılığı, ehtiyacı polis hamıdan tez duyur, hiss edir və yardıma tələsir. Elə Siyəzəndə 8 övlad böyüyən çoxuşaqlı ailənin ehtiyac yükünü az da olsa RPŞ-nin əməkdaşları yüngülləşdirməyə çalışıblar.
Nəcib təşəbbüs vətəndaşlıq borcuna çevriləndə o daha yaddaqalan olur və heç vaxt unudulmur. Həmkarlarımız kömək əlini uzatdıqları ailəyə ərzaq məhsulları, fəsilə uyğun geyimlər, məktəbli ləvazimatları, tibbi maska, dezinfeksiyaedici vasitələr və maddi yardım göstərməklə həmişə xatırlanacaq bir addım atıblar.

Polisə minnətdarlıqlarını ifadə edən ailə üzvlərinin adlarını çəkməklə bu nəcib işə kölgə salmaq istəmədik. Yetər ki, könül sevinsin, qəlb isinsin. Azərbaycan Polisi hər zaman vətəndaşın yanındadır: o bunu desə də, deməsə də, istəsə də, istəməsə də...


T.Hafiz

 





Çap et  Çap et