Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

22.11.2021

DİN-də görüş keçirilib

Noyabrın 24-də daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev ilə ölkəmizə səfərdə olan Avstriya Respublikasının “Frequentis AG” şirkətinin korporativ inkişaf məsələləri üzrə vitse-prezidenti Bernd Novak arasında görüş keçirilib.

Avstriya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Bayerlin və DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsinin rəisi, polis general-mayoru Dilqəm Aslanovun da iştirak etdiyi görüşdə Daxili İşlər Nazirliyi ilə qeyd olunan şirkət arasında innovativ texnologiyalar sahəsində əməkdaşlıq əlaqələrinin qurulması və tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə edilib.





Çap et  Çap et