Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

05.09.2021

Kursantlarımızın daha bir uğuru Güclənən beynəlxalq əlaqələr və keyfiyyətli tədris

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizdə ali məktəblər arasında keçirilən Beynəlxalq Humanitar Hüquq üzrə milli müsabiqənin qalibi kimi DİN Polis Akademiyasının kursantlarından ibarət komanda 26-29 avqust 2021-ci il tarixlərində Moskvada Beynəlxalq Humanitar Hüquq müsabiqələrinin məzunlarının görüşündə iştirak ediblər.
BQXK-nın Rusiya Federasiyası, Belarus ve Moldova üzrə Moskva şəhərindəki Regional Nümayəndəliyində keçirilən görüşlərə Komitənin məsul şəxsləri, o cümlədən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları da qatılıblar.
Səfər çərçivəsində bir çox tədbirlərdə iştirak edən kursantlarımızın bilik səviyyəsi, dünyagörüşü yüksək qiymətləndirilib, qaliblərə hədiyyələr təqdim edilib.

 





Çap et  Çap et