Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.08.2021

Qorumaq üçün maarifləndiririk

Yeniyetmələri zərərli vərdişlərdən çəkindirmək cinayət hadisələrini qabaqlamaq baxımından olduqca önəmlidir. Polisin yetkinlik yaşına çatmayanlarla ardıcıl keçirdiyi maarifləndirici tədbirləri məhz buna görə böyük profilaktik əhəmiyyət daşıyır.
Növbəti analoji tədbir “SOS Uşaq Kəndi”ndə valideyn himayəsindən məhrum olmuş uşaqlarla keçirilib. Onlayn qaydada baş tutan maarifləndirici tədbirdə Bakı şəhər BPİ İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru, polis polkovnik-leytenantı Kəmalə Ələkbərova və Xətai RPİ-nin inspektoru, polis leytenantı Sevinc İbrahimova uşaqlara zərərli vərdişlər və onlardan qorunma yolları barədə ətraflı məlmat veriblər.
Xüsusilə, narkomaniya ilə aparılan mübarizəyə diqqət çəkən əməkdaşlarımız bu bəlanın tütün məmulatı və spirtli içkilərdən istifadəylə başladığını, onun insan həyatına və sağlamlığına ciddi təhlükə yaratdığını izah ediblər. Hazırkı pandemiya şəraitində gigiyenik qaydalara əməl edilməsinin zəruriliyini də diqqətə çatdıran polis əməkdaşları, həmçinin evdən xəbərsiz getmə, sosial şəbəkələrdən düzgün istifadə etmək kimi məsələlərə də toxunublar.
Tədbir zamanı uşaqları maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb.





Çap et  Çap et