Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.06.2021

Sayğı ilə yazırlar...

Sabitliyin hökm sürdüyü ölkəmizdə polisin fəaliyyətini soydaşlarımızla yanaşı, ölkəmizə gələn turistlər, burada çalışan əcnəbilər, başqa dövlətlərdə yaşayan həmvətənlərimiz də təqdir edirlər.
Türkiyədən yazan Əmir Hacılının sözlərində polisin fədakar xidmətindən məmnunluq öz əksini tapıb. O, sosial şəbəkə üzərindən fikirlərini belə ifadə edir: “Sizə İstanbuldan yazıram. Azərbaycan Polisinin xidməti fəaliyyətini sosial mediadan izləyirəm. İstər Vətən müharibəsi dönəmində, istərsə də pandemiya ərəfəsində Azərbaycan Polisi əzmkarlıq, şücaət göstərərək fədakarlıq nümayiş etdirdi. Polis hər yerdə vətəndaşın yanındadır. Azərbaycan dünyada təhlükəsiz və yaşamaq üçün ən əlverişli ölkələr sırasındadır. Biz uzaqda olsaq da qürurlanırıq”.
Digər sosial şəbəkə izləyicimiz Erhan Can üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə Gəncə ŞBPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Asif Nəbiyev Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya, eləcə də Vətən müharibəsi iştirakçısı olan oğlunun daxili işlər orqanlarında xidmətə qəbul olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü ifadə edir.
Paytaxt sakini, 2-ci qrup Qarabağ əlili Bəylər Teymurov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda avtomobilini texniki baxışdan keçirmək üçün Baş Dövlət Yol Polisi İdarəsinin Maştağa qəsəbəsində yerləşən Müayinə Mərkəzinə getdiyi zaman orada ona göstərilən xoş rəftardan razılığını yazır və Azərbaycan Polisinə çətin, eyni zamanda, şərəfli xidməti fəaliyyətində uğurlar diləyir.

Aytəkin Nəcəfova,
polis polkovnik-leytenantı

 





Çap et  Çap et