Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

23.05.2021

Tədbirlər davam etdirilir.

Salyan RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən piyadalara yol verməyən sürücülər, eləcə də piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilib.

Tədbirlər zamanı piyada keçidlərində piyadalara yol verməyən sürücülər müəyyən edilib, onlara yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi xatırladılaraq, qayda pozuntularına yol verməmələri tövsiyə olunub. Eyni zamanda mövcud keçidlərdən istifadə etməyərək həyatları üçün ciddi təhlükə yaradan piyadalarla da maarifləndirici söhbətlər aparılıb.

Bundan əlavə, küçə və prospektlərdə, təhlükəsiz hərəkətin təmini məqsədilə piyada keçidlərində, yol nişanlarında cizgilənmə işləri aparılıb, yeni yol nişanları qoyulub, köhnə nişanlar yeniləri ilə əvəzlənib.
Nəzarət-profilaktik tədbirlər Sabirabad rayonunda da davam etdirilib. Belə ki, RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı reyd keçiriblər. Rayon ərazisində müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə profilaktik söhbətlər aparılıb, onlara parklanma qaydalarına ciddi riayət etmələri tövsiyə olunub.

Qaydaları kobud şəkildə pozan sürücülər barəsində inzibati qaydada tədbirlər görülüb.
Daha bir tədbir atmosferin zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Zaqatala RPŞ Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilib.
Avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə zərərli qazların miqdarı yoxlanılıb. Bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Həmin sürücülərlə izahedici söhbətlər aparılıb, ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları diqqətə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb.





Çap et  Çap et