Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

15.05.2021

Şəhid polisimizin anım günü qeyd olunub

Bugünlərdə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış həmkarımız, polis baş serjantı Natiq Əliyevin anım günü qeyd olunub. Bu münasibətlə Tərtər Rayon Polis Şöbəsinin şəxsi heyəti onun məzarını ziyarət edib, önünə gül-çiçək dəstələri qoyub, əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Anım günündə N.Əliyevin döyüş yoldaşları onun könüllü olaraq özünümüdafiə batalyonuna qoşulduğundan, döyüşlərdəki cəsarətindən, qorxmazlığından danışıblar.
Qeyd edək ki, Natiq Əliyev 1993-cü ildə Ağdərə Rayon Polis Şöbəsində xidmətə başlayıb. 1994-cü il mayın 6-da doğulub boya-başa çatdığı Ağdərənin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.

Aslan Qiyaslı,
polis baş leytenantı





Çap et  Çap et