Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

18.03.2021

Daxili Işlər Orqanlarının və Daxili Qoşunların şəxsi heyətinə

Hörmətli həmkarlar! 

Novruz bayramı münasibətilə sizi, veteranlarımızı, şəhid olmuş əməkdaşlarımızın və hərbi qulluqçularımızın ailə üzvlərini ürəkdən təbrik edirəm. Bu əziz bayramın dövlət səviyyəsində qeyd olunması məhz ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən biri olmaqla, eyni zamanda milli-mənəvi dəyərlərimizə böyük ehtiramının bariz ifadəsidir. Xalqımız bu Novruz bayramını xüsusi ovqatla - Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik dövlət siyasəti nəticəsində qalib xalq olaraq qarşılayır və Qarabağ Zəfərinin böyük qürurunu yaşayır. Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə, işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində atılan inamlı addımlar Novruz sevinclərimizə əlavə sevinc qatır. Ölkəmizdə dinc quruculuq, sosial rifah və dinamik inkişaf üçün əsas şərt olan əmin-amanlıq və sabitlik də qətiyyətlə qorunub saxlanılır, insanların təhlükəsiz həyatı təmin olunur. Xalqa, Vətənə, dövlətçiliyə sədaqətlə xidmət edən əməkdaşlarımızın və hərbi qulluqçularımızın bu istiqamətdə göstərdiyi səylər möhtərəm Prezident tərəfindən hər zaman yüksək qiymətləndirilir.Əminəm ki, şəxsi heyət üzərinə düşən məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirərək asayişi və təhlükəsizliyi, vətəndaşların qanuni mənafelərini hüquqazidd əməllərdən, cinayətkar qəsdlərdən qətiyyətləqoruyacaqdır.Hamınıza möhkəm cansağlığı, xoş əhval-ruhiyyə, xidmətdə və şəxsi həyatda uğurlar arzulayıram. Bayramınız mübarək!


Vilayət Eyvazov,
Azərbaycan Respublikasının daxili işlər naziri,
general-polkovnik





Çap et  Çap et