Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.03.2021

Sərhədləri aşan sevgi

Türkiyənin Qazi Paşa Hava Limanında xidmət edən polis əməkdaşı Naşit Dayan 6 yaşlı oğlu Yiğitin ondan israrla Azərbaycan bayrağını istəməsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “İnstagram” səhifəsinə yazaraq bildirmiş və bu işdə ona köməklik göstərilməsini xahiş etmişdir. Müraciətlə əlaqədar Azərbaycan Respublikası DİN-in Türkiyə Respublikasındakı nümayəndəsi Antalyada Dayan ailəsini ziyarət edərək Yiğitə üçrəngli bayrağımızı təqdim etmişdir.
N.Dayan yenidən “polisazerbaycan”a yazaraq oğlunun arzusunu yerinə yetirdiyinə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirmiş, təşəkkür əlaməti olaraq hazırladığı videoçarxı və fotoları bizimlə bölüşmüşdür.

Redaksiyadan: Bu torpaqlarda Yiğitimiz kimi sevdası sərhədlər aşan övladlar yetişdirən bir millətin bayrağı hər zaman ucalarda olacaqdır. Ötən əsrin əvvəllərində “Çanaqqala keçilməz” deyənlərin nəvələri illər sonra qanımızla yoğrulan bayraqlarımızı Qarabağda dalğalandırdılarsa, demək ki, qarşıdakı hədəflərə çatmaq üçün dəmir yumruqlarımızı birləşdirməli, birliyimizi, bütövlüyümüzü qorumalıyıq...





Çap et  Çap et