Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

09.02.2021

Bu, vətəndaş mövqeyidir

Fəaliyyətimiz səmimilik və dürüstlük üzərində qurulub
İctimaiyyət və KİV arasında keçirilən sorğular onu deməyə əsas verir ki, Azərbaycan Polisi vətəndaş müraciətlərinə yüksək həssaslıq göstərilməsilə seçilir. Bu da, şübhəsiz ki, cəmiyyətdə böyük rəğbətə səbəb olur.
Münasibətlərin yüksək səviyyədə qurulması həm Daxili İşlər Nazirliyinin rəhbərliyinin, həm də günün əsas tələbi kimi vətəndaşlar qarşısında bütün bürokratik əngəlləri tam aradan qaldırıb.

Bu gün siyasi baxışlarından, qulluq mövqeyindən asılı olmayaraq hər kəs, həm ənənəvi qaydada polisə müraciət edib problemlərinin həllinə nail ola bilir, həm də sosial şəbəkələrin imkanlarından istifadə etməklə birbaşa əlaqə yaratmaq imkanına sahibdir. Daxili işlər orqanlarının fəaliyyətinə hətta tənqidi münasibəti ilə seçilən ictimai fəallar da vətəndaşların polisə maneəsiz müraciət etmələrini və çevik həll yolunun tapılmasını təqdirlə qarşılayırlar.
Cavid Nəsirli adlı feysbuk istifadəçisinin səhifəsində paylaşdığı statusu da bu baxımdan diqqətimizi çəkdi. Yazır ki, Daxili İşlər Nazirliyinın son zamanlar sosial şəbəkələrdə sərgilədiyi konstruktiv mövqeyi həqiqətən təqdirəlayiqdir. Polisin vətəndaşlarla birbaşa ünsiyyətdə olması, şikayətlərə operativ cavab verilməsi onda məmnunluq yaradıb.

Bir müddət əvvəl daxili işlər orqanlarını sosial şəbəkə səhifələrində, onun təəbirincə desək, tənqidinə baxmayaraq, bloklanmış səhifəsinin aktiv edildiyini və yenidən polislə birbaşa əlaqə yaratmaq hüququnun təmin olunduğunu bildirib: “Bir vətəndaş kimi DİN səhifəsində yazmaq hüququmun bərpa olunmasını xahiş etdim. Dərhal da, xahişim nəzərə alındı və ən qısa zamanda problem aradan qaldırıldı”.
Buna görə onun sorğusunu cavablandıran DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynova təşəkkürünü bildirən sosial şəbəkə istifadəçisinin qeyd etdiyi operativ reaksiyanın istənilən şəxsə münasibətdə eyni olduğunu xüsusilə vurğulamağa ehtiyac duymuruq. Qanunlara, başqalarının hüquq və azadlıqlarına, sosial-şəbəkədən istifadə zamanı etik qaydalara hörmət etmək münasibətlərin ən yüksək səviyyədə qorunub-saxlanılmasını şərtləndirir. Bu zaman gözləri əyri və ya düz olsun, fərq etməz, hər kəs polisin obyektivliyini görə bilər...

R.Mehtiyev

 





Çap et  Çap et