Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

05.02.2021

Diqqət göstərilir, qayğı ilə əhatə olunurlar

Vətən müharibəsində qələbənin qazanılmasında Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgər və zabitləri də qəhrəmanlıq, şücaət göstərərək adlarını tarixə həkk etdilər.
Şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımız düşmənə göstərdilər ki, xalqımız 30 il keçməsinə baxmayaraq, bu işğalla heç vaxt barışmayıb, o torpaqları azad etmək üçün hər an Ali Baş Komandanın hücum əmrini gözləyib. Milli həmrəyliyə və birliyə yol açan dəmir yumruğumuz düşmənə yerini göstərdi və həddini bildirdi.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bu Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Vətən müharibəsində qazanılan şanlı qələbəmiz tarixdə əbədi qalacaq. Bu Vətən müharibəsi qəhrəmanlarının şücaətləri isə hər cür minnətdarlıq hissinə layiqdir”.

Müharibə zəfərlə başa çatdıqdan sonra Ali Baş Komandanımızın ilk olaraq yaralı hərbçilərimizlə görüşməsi onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsi idi.
Dövlət başçımızın tapşırıqlarına uyğun olaraq İkinci Qarabağ müharibəsində şəhid olanların ailələrinə, eləcə də müharibədə iştirak edən, yaralanan əsgər və zabitlərimizə dəstək verilməsi üçün onların həm maddi təminatının və həyat şəraitlərinin yaxşılaşdırılması, həm də məşğulluq məsələlərinin həlli istiqamətində bütün tədbirlərin görülməsi təmin olunur.
Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinin məşğulluq məsələlərinin təmin edilməsi DİN rəhbərliyinin də diqqət mərkəzindədir. Bu istiqamətdə edilən müraciətlərə baxılaraq Daxili Qoşunların şəhid olmuş 35 hərbi qulluqçusunun ailə üzvləri daxili işlər nazirinin müvafiq əmrləri ilə respublikamızın müxtəlif bölgələrində DİO-da xidmətə qəbul ediliblər.

Ruhiyyə Əliyeva,
polis baş leytenantı

 





Çap et  Çap et