Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

28.01.2021

Polis izinə düşmüşdü

Xəzər rayonu Binə qəsəbəsində oğurluq hadisəsinin üstü “isti” izlərlə açılıb
Daxil olmuş məlumat əsasında RPİ-nin 3-cü Polis Bölməsinin rəisi tərəfindən rəis müavini, polis polkovnik-leytenantı Kənan Abışov, baş əməliyyat müvəkkili, polis kapitanı Kənan Abdullayev, əməliyyat müvəkkilləri, polis mayoru Anar Süleymanov, polis baş leytenantı İntiqam İsmayılov və polis leytenantı Vüsal Hüseynovdan ibarət əməliyyat-axtarış qrupu yaradılıb. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ayrı-ayrı vaxtlarda rayon ərazisində evlərdən oğurluq edən paytaxt sakini Hikmət Kərimov saxlanılıb. Araşdırma zamanı onun qəsəbədə 6 evdən pul və məişət əşyaları oğurladığı məlum olub.

Faktlarla bağlı 3-cü PB-də toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Hikmət Kərimov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir. H.Kərimovun paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

Teymur Əlizadə,
polis kapitanı





Çap et  Çap et