Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

13.11.2020

Polislər Oğuzda əsgər ailəsini ziyarət ediblər

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları torpaqlarımızın mənfur düşməndən azad olunması uğrunda gedən döyüşlərə könüllü qatılan Xaçmazqışlaq kənd sakini Taleh Məhərrəmovun ailəsini ziyarət ediblər.

Həmkarlarımız özləri ilə gətirdikləri sovqatı əsgərimizin anası Çimnaz Məhərrəmovaya təqdim ediblər və xalqımıza qələbələr yaşadan Taleh kimi igid oğullarla, Azərbaycan əsgəri ilə ölkəmizin hər bir vətəndaşının qürur duyduğunu diqqətə çatdırıblar.
Əsgər anası göstərilən maddi və mənəvi dəstəyə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə təşəkkürünü bildirib.

Mahir Məsimov,
polis baş leytenantı





Çap et  Çap et