Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

20.09.2020

Polis məktəbliləri sevindirdi

Təşəbbüslər ənənəyə çevrilir, beləcə, vətəndaş-polis münasibətləri əbədi və dönməz olur. Bağlar qırılmır, əksinə, daha da möhkəmlənir
Saatlı rayon Polis Şöbəsinin əməkdaşları yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində yaşayan Qarabağ müharibəsində şəhid və əlil olmuş ailələrin övladlarına çanta və dərs ləvazimatları hədiyyə ediblər. Polisin humanist addımını yüksək qiymətləndirən valideynlər ölkəmizdə asayişin, sabitliyin keşiyində ayıq-sayıq dayanan, cinayətkarlıqla qətiyyətli mübarizə aparan, eləcə də pandemiya dönəmində insanlarımızın sağlamlığını qorumaqdan ötrü həyatlarını riskə atan həmkarlarımıza nəcib təşəbbüslərinə görə də minnətdarlıqlarını ifadə ediblər.
Asayiş keşikçiləri gələcəyimiz olan uşaqları yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edərək, yaxşı təhsil almağı, müstəqil dövlətimizə layiqli vətəndaş kimi böyümələrini arzulayıblar.
Aslan Qiyaslı,
polis baş leytenantı





Çap et  Çap et