Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

08.03.2020

8 MART - BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR ORQANLARINDA XIDMƏT EDƏN, TƏQAÜDDƏ OLAN QADINLARA VƏ ŞƏHİD OLMUŞ ƏMƏKDAŞLARIN QADIN AİLƏ ÜZVLƏRİNƏ

Əziz qadınlar, hörmətli həmkarlarımız!
8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm!
Özünün saflığı, işgüzarlığı və sədaqəti ilə seçilən, hər zaman cəmiyyətin mənəvi dayağı olan Azərbaycan qadınının zəngin mədəni-mənəvi irsimizin qorunub saxlanılmasında müstəsna xidmətləri vardır.
Ölkəmizin ictimai həyatında, dövlət idarəçiliyində mühüm rol oynayan və öz potensialını davamlı inkişafda olan müstəqil Azərbaycanın qüdrətlənməsinə, xalqın rifahına sərf edən qadınlar quruculuq prosesinin fəal iştirakçısıdır. Azərbaycan qadınının mədəniyyətlərarası dialoqun formalaşdırılmasında önəmli xidmətləri və səyləri respublikamızda, eləcə də onun hüdudlarından kənarda yüksək qiymətləndirilir.
Daxili işlər orqanlarında çalışan qadınların da öz məsul vəzifələrini layiqincə yerinə yetirmələrini, əldə olunan uğurlarda böyük əməyini, əzmkar və səmərəli fəaliyyəti ilə ictimai asayişin və daxili təhlükəsizliyin qorunması işinə hər zaman layiqli töfhələr verdiyini xüsusi qeyd edirəm.
Bu əlamətdar gündə hamınıza möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik, xidmətdə uğurlar arzulayıram!
Bayramınız mübarək olsun!

Vilayət Eyvazov,
Azərbaycan Respublikasının Daxili İşlər naziri,
general-polkovnik





Çap et  Çap et