Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

25.02.2020

O da böyüyəndə polis olacaq

Zaqatala rayon sakini Hacımurad adlı azyaşlının ağır xəstəlikdən əziyyət çəkməsi və müalicəsini davam etdirməsi üçün maddi cəhətdən köməyə ehtiyaclarının olması barədə anası bəzi sosial şəbəkə səhifələrində müraciət paylaşıb.
Göyəm kənd sakini Hacımurada dəstək olmaq üçün, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları təşəbbüs göstəriblər. RPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı Elgün Əliyev və bölmənin şəxsi heyəti həmin ailəyə evlərində baş çəkiblər. Polis əməkdaşları onun səhhəti ilə maraqlanıb, könüllülük əsasənda toplanan pul vəsaitini və müxtəlif ərzaq məhsullarını onlara təqdim ediblər. Övladlarının müalicəsi üçün göstərilən dəstəyə görə, Hacımuradın valideynləri Azərbaycan Polisinə minnətdarlıqlarını bildiriblər.

Mahir Məsimov,
polis baş leytenantı





Çap et  Çap et