Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

28.02.2020

Polis yenə sevindirdi

Bu günlərdə metronun Xalqlar Dostluğu stansiyasında oturacağın üzərində olan polietilen paket orada xidmət aparan polis əməkdaşının diqqətini çəkib. Polis serjantı Rəhman Ağayev onun sahibsiz olduğunu görüb və aidiyyatı üzrə təhvil verib.
Həmin gün vətəndaş X.Nəzərova metroda üzərində nömrəsi olan gömrük karqo paketini unutması barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib. O, Şöbəyə dəvət olunub, polis əməkdaşları qeyd olunan əşyanı sahibinə qaytarıblar.
*****
Metropolitendə Polis Şöbəsinə dəvət edilən digər vətəndaş – M.Məhərrəmovaya polis əməkdaşları itirdiyi pulu təhvil veriblər.
Qeyd edək ki, o, metronun Xalqlar Dostluğu stansiyasında 200 manatını itirmişdi. Stansiyanın girişindən pulu tapan polis əməkdaşları onu aidiyyəti üzrə təhvil verdikdən sonra məlum olub ki, həmin qadın Şöbəyə pulunu itirməsi ilə bağlı müraciət edib.
Hər iki vətəndaş belə humanistliyə və nəcib əmələ görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Yeri gəlmişkən, metroda xidmət aparan həmkarlarımız tərəfindən 2016-cı ildə 134, 2017-ci ildə 166, 2018-ci ildə 205, 2019-cu ildə isə 618 əşya tapılaraq sahiblərinə qaytarılıb.

N.Cavadov,
polis mayoru

 

 





Çap et  Çap et