Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

28.02.2020

Polis akademiyasında ana dili günü

DİN-in Polis Akademiyasında “Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş dəyirmi masa keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev iştirakçılara DİN rəhbərliyinin salamını və təbrikini çatdırıb.
“Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir, bu günün qeyd olunmasında məqsəd isə ana dilinin təbliği, inkişafı və öyrənilməsinin bütün formalarını müdafiə etməkdən ibarətdir”,- deyən N.Əliyev dövlət atributlarından biri kimi dilimizi sevməyin və qorumağıın müqəddəs borclardan biri olduğunu vurğulayıb.
Azərbaycan Dövlət Pedoqoji Universitetinin professoru Buludxan Xəlilov və Bakı Slavyan Universitetinin müəllimi Rəna Əliyeva Azərbaycan dilinin keçdiyi tarixi yola nəzər salıb, onun zənginliyindən, möhtəşəmliyindən söhbət açıblar.
DİN-in Polis Akademiyasının “Dil hazırlığı” kafedrasının müəllimi Fərqanə Əliyeva “Heydər Əliyev və dil siyasəti” mövzusunda çıxış edərək ulu öndərimizin Azərbaycan dilinə verdiyi dəyərdən, xalqımızın mənəvi mövcudluğunun əsas sütunlarından biri olan dilimizin inkişafı və yüksəlişi uğrunda apardığı mübarızədən danışıb.
Polis Akademiyasının I kurs kursantları Fərid Qafarov, Rəşad Əkbərov, Turqut Süleymanlı və Məhəmməd Əli Həsənzadə Azərbaycan dilinin tarixi, əlifbası, dünya dilləri arasındakı mövqeyindən bəhs ediblər.
Dəyirmi masada Dövlət Gömrük Komitəsinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyalarının, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri də fikir mübadiləsi aparıblar.

N.Abdullayev,
V.Məmmədov

 





Çap et  Çap et