Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

24.02.2020

Unutmuruq, unutdurmuruq…

DİN-in A.Heydrov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən tədbir şəhidlərin və soyqırım zamanı amansızcasına qətlə yetirilən soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan rəisin şəxsi heyətlə iş üzrə köməkçisi, polis polkovniki Fuad Əliyev Xocalı soyqırımı barədə geniş məlumat verərək bildirdi ki, tarixi Azərbaycan torpaqlarına havadarlarının köməkliyi ilə yerləşdirilən erməni millətçiləri burada zaman-zaman xalqımıza qarşı soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirmiş, yüzminlərlə həmvətənimizi qətlə yetirmişlər. Onların əsassız torpaq iddiaları Qafqazda ağır müharibələrə yol açmış, dinc insanların ölümü ilə nəticələnmişdir.
Daha sonra çıxış edən Məktəbin müəllimi, polis mayoru Aqşin Əlizadə qeyd etdi ki, aradan illər keçsə də Xocalı faciəsi xalqımız tərəfindən unudulmayacaq, onun dünya miqyasında tanınması üçün hər bir Azərbaycan vətəndaşı inamla və inadla mübarizə aparır və bundan sonra da aparacaq.
Tədbirdə o da vurğulandı ki, Xocalı faciəsini törətməklə erməni millətçiləri xalqımızın gözünü qorxutmaq, onun mübarizə əzmini qırmaq istəsələr də buna nail ola bilmədilər.
Bu gün cənubi Qafqazın liderinə çevrilən Azərbaycan güclü orduya, dayanıqlı iqtisadiyyata malikdir və o sərhədləri daxilində ikinci “erməni dövləti”nin yaradılması ilə barışmayacaq, sülh yolu ilə baş tutmasa, ərazi bütövlyünü silah gücünə bərpa edəcəkdir.

 

 

 

 





Çap et  Çap et