Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

10.12.2019

Komandamız qalib oldu, kubok qazandı

Noyabrın 21-dən 28-dək boks üzrə respublika çempionatı keçirilib. Boks Mərkəzində baş tutan yarışda ölkəmizin şəhər və rayonlarından klub və cəmiyyətləri təmsil edən 29 komandadan 109 boksçu qüvvəsini sınayıb.

Komanda hesabında DİN İdman Cəmiyyəti turnirdə birinci yeri tutub. Cəmiyyətin Boks bölməsinin müəllimi, əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələri yüksək fiziki və texniki hazırlıq nümayiş etdiriblər.

Təmsilçilərimizdən Ümid Rüstəmov (57 kiloqram) və Asəf Aslanlı (91 kiloqram) qarşılaşdıqları bütün görüşlərdə rəqiblərini məğlub edərək çempion adını qazanıblar.

Finala qədər irəliləyən Ruslan Rüstəmov, Mirəşrəf Kazımzadə, Sürət Qarayev, Yadigar Əliyev və Gülhüseyn Ağazadə müvafiq olaraq öz çəki dərəcələrində gümüş, Malik Həsənov, Kamran Muradov və Fuad Cəfərov isə turnirin bürünc medallarına sahib olublar.

Bu yarışda qalib gələn təmsilçilərimiz ölkəmizin yığma komandasının tərkibinə daxil olaraq beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanıblar.

Qalib idmançıları və onların məşqçisini qəbul edən DİN İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftaxetdinova onları bu qələbə münasibəti ilə təbrik edərək, beynəlxalq aləmdə də ölkəmizi layiqincə təmsil etmələrini arzulayıb.

Zeyni Hüseynov,
polis leytenantı

 





Çap et  Çap et