Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

08.12.2019

Polislərimiz 11.400 ağac əkdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində keçirilən ağacəkmə kampaniyasında Daxili İşlər Nazirliyinin və onun yerli qurumlarının şəxsi heyəti də fəal iştirak ediblər.

Belə ki, dekabrın 6-da Respublikanın daxili işlər orqanlarının şəxsi heyəti tərəfindən paytaxtımız, həmçinin ölkəmizin digər şəhər və rayonlarında, ümumilikdə, 11.400 ədəd şam və küknar ağacı əkilib.
Polis əməkdaşları tərəfindən əkilən ağacların suvarılması həyata keçirilib, onlara aqrotexniki qaydada qulluq göstərilib, ağacların küləkdən qorunması üçün qoruyucu dirəklər basdırılıb.


A.Qafarov,
Z.Hüseynov

 





Çap et  Çap et