Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

06.10.2019

Ömrün göy qurşaği – son bahar...

Duygular, düşüncələr fəslidir payız. Payız ömrünün, gününün həzinliyi, hüznü insanda kövrək, acılı-şirinli bir ovqat yaradır. Solğun yarpaq rəngləri, əsən külək, payız yağışının səsindəki əfsun sanki dünya içində bir dünya yaşadır sənə, mənə, bizə...
Hərdən heç kim görməsin deyə, üzünü bir payız yarpağına söykəyib pıçıldayırsan:
Yenə payız gəldi, qonaqlar kimi...
İtəcək, bitəcək saralmış yarpaqlar kimi...
Payız tənhaları, tənhalarsa payızı sevməz. O, yalqız olduğunu sənə hər addımbaşı xatırladar – çiskinli gündüzlərdə, boz axşamlarda, soyuq gecələrdə...
Payız qəlb fəslidir, hisslərin dostudur. Payız bayramlar fəslidir. İlk dərs ili, Ahıllar, Müəllimlər və Bayraq günü...
Bu da payızın ömür payıdır. Hamısı da nostalji hisslərlə dolu, duyğusal və doğmadan-doğma...
Xoş gəldin, payız. Nə yaxşı ki, varsan. Yenə-yenə gəl ki, günlərin, saatların qarmaqarışıqlığında, təlaşında, narahatlığında ruhumuza sığal çəkəsən...
Deyirlər, fəsillərin yaxşısı-pisi yoxdur. Amma payız bənzərsizdi. Dörd fəsli yaşadır ömründə - ilk bahardan, son baharadək. Bu baharda itən yarpaqlar, elə o baharda bitən yarpaqlardır...

Ə.Ruhiyyə





Çap et  Çap et