Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

29.09.2019

Din-in nümayəndə heyəti pekində seminarda iştirak edib

Daxili İşlər Nazirliyinin kriminalistika xidmətinin əməkdaşları Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin təşkilatçılığı ilə bu yaxınlarda Pekin şəhərində «Kriminalistika üsulları 2019» mövzusunda keçirilmiş seminarda iştirak ediblər.

DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi, polis polkovniki Gündüz Sadıxovun rəhbərlik etdiyi nümayəndə heyəti seminar çərçivəsində Çin Xalq Respublikasının İctimai Təhlükəsizlik Nazirliyinin Maddi sübutların ekspertizası mərkəzinin DNT, Narkotik və psixotrop, Toksiloji, Foto-Video görüntülərin, Daktiloskopik, Ballistik, Qida məhsullarının və Ağır metalları ekspertizaları laboratoriyalarında olub, həmin laboratoriyalarda ekspertizaların ən müasir üsul və metodlarla aparılması ilə yaxından tanış olublar.

Nümayəndə heyəti Şandun əyalətinin Deçjou şəhərində Xalq Polisinin mərkəzi təlim bazasasının rəhbərliyi ilə görüşüb, bazanın infrastrukturu ilə tanış olub.
Seminar çərçivəsində ÇXR-in İctimai Təhlükəsizlik Nazirliyinin Maddi sübutların ekspertizası Mərkəzinin rəisi Çen Sun ilə görüş keçirilib. Görüşdə hər iki tərəfin məhkəmə ekspertizası sahəsində tətbiq edilən yeniliklərlə tanışlığı həyata keçirilib, təcrübə mübadiləsi, habelə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi imkanları araşdırılıb.

N.Cavadov,
polis mayoru

 

 

 

 





Çap et  Çap et