Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

01.10.2019

Bir kabus dolaşır, bizdən uzaqda, bizə yaxında ...

Azərbaycan Polisinin qazanılan hər bir uğurda payı var. Ölkəmizdə sabitliyin qorunması və cinayətkarlıqla mübarizdə canını belə əsirgəməyən polis gələcəyimizi də düşünərək paytaxtda və yerlərdə maarifləndirmə işini daha da canlandırıb.
Suraxanı rayonunda baş tutdu növbəti belə tədbir. Əsaslı şəkildə yenidən qurulan 208 və 101 nömrəli orta məktəblərin yeni dərs ilinə açılışından sonra RPİ-nin təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyət üçün təhlükədir” mövzusunda gerçəkləşdirilən görüş hələ uzun zaman məktəblilərin hafizəsində qalacaq. Qalacaq ki, hər dəfə xoşagəlməz halla rastlaşanda onlara yardımçı olsun...
Əvvəlcə çıxış edən məktəbin direktorları - Məlahət Əsədova və Səidə Məmmədova şagirdlərin vətənpərvərlik ruhunda böyümələri, onların elmə-biliyə marağının artırılması məqsədilə həyata keçirilən bu cür tədbirlərə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirdilər, qonaqları şagird və müəllim heyətinə təqdim etdilər.
Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Namiq Həsənov dedi ki, narkomaniya artıq məktəblilər arasına da yol tapıb. Narkotik qəbul edənlərin işi, necə deyərlər, burda daha rahat olur. Yeniyetmələrin kriminala meyilləri çox təhlükəlidir. Xasiyyət həssaslığı, mənəvi özünənəzarətin hələ tam formalaşmaması onların cinayət əməllərinə tabe olmasını asanlaşdırır. Müşahidələrə görə, narkotik eyforiyası vəziyyətində olan yeniyetmənin törətdiyi cinayət çox zaman motivsiz, mənasız xarakter daşıyır. Həm də bu tələyə iradəsi zəif olanlar, problemli ailələrdən gələnlər, xaraktercə “çətin” uşaqlar daha tez düşürlər. Müəllim və şagirdlərin köməyi bu zaman zəruridir. Sağlam həyat tərzi, idman isə ən səmərəli vasitədir. R.Həsənov düzgün olaraq qeyd etdi ki, yaxşı oxuyan, nizam-intizamlı şagird heç vaxt bu yola düşməz.
“Dövrümüzün aktual, bəşəriyyatın ən böyük bəlalarından, ağrılı problemlərindən olan “Ağ ölüm” və onun fəsadları, ona qarşı mübarizə yolları ilə bağlı əhali, xüsusən də gənc nəsil arasında inandırıcı təbliğatın aparılması qarşımızda duran əsas missiyasıdır.”
Bunu deyən Narkotiklərlə Mübarizə Bölməsinin rəisi, polis mayoru Səməd Şıxlı əlavə etdi ki, narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. O, dilindən, dinindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükədir, bəşəri fəlakətdir.
İdarənin Yetkinlik yaşına çatmayanlarla profikaktiki işin təşkili bölməsinin rəisi, polis polkovnik-leytenantı Namiq Məmmədov bu fikirlərə qoşularaq diqqətə çatdırdı ki, narkomaniya ilə mübarizədə yalnız valideyn-məktəb əməkdaşlığı, polisin dəstəyi, köməyi ilə real nəticə verə bilər.
Sonra asayiş keşikçiləri tərəfindən şagirdləri maraqlandıran suallar cavablandırıldı və onlara RPİ-nin təşəbbüsü ilə hazırlanan maarifləndirici bukletlər paylandı.
Yeri gəlmişkən, idman, fiziki hazırlıq və sağlamlıq bizim özümüz üçün də çox vacibdir. Diqqət və qayğı bu səhədə də öz konkret nəticələrini göstərir.
Suraxanıya getmişkən, bu məsələ ilə də maraqlandım və gəlişim yerinə düşdü. Öyrəndim ki, rayon ərazisindəki idman komplekslərinin birində Post-Patrul Bölüyünün əməkdaşları komandir müavini, polis leytenantı Qabil Ballayevin rəhbərliyilə fiziki hazırlıq günlərindən başqa, xidmətdən sonra həftədə daha 4 dəfə məşqlər keçirlər...


Ruslan Vəliyev,
polis leytenantı

 

 





Çap et  Çap et