Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

22.09.2019

Polisdən daha bir nəcib addim bilik günü ərəfəsində

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları bu əlamətdar gün ərəfəsində aztəminatlı ailələrdən bir neçəsinin evinə baş çəkərək, azyaşlılara geyim, çanta, gündəlik dərs ləvazimatı hədiyyə ediblər. Yeniyetmələrlə görüşdə polislərimiz onların Vətənə layiq, sədaqətli övlad kimi böyümələrini arzulayıblar.

Bu tədbir uşaqlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar da dərs ilini əla qiymətlərlə başa vuracaqlarına söz veriblər. Valideynlər isə onlara göstərilən diqqət və köməkliyə görə öz minnətdarlıqlarını bildiriblər.





Çap et  Çap et