Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

29.07.2019

Polis köməyimizə çatdi: Bunu əcnəbilər də deyirlər

Redaksiyamıza Ukraynadan bir zəng daxil oldu. Qadın səsi idi. Hətta danışanda hıçqıra-hıçqıra ağlayan xanım həm özünün, əsasən də atasının başına gələnlərdən danışdı. Bütün eşitdiklərim kiçik kinolent kimi gözümün önündən keçdi.

“Adım Oksana Kalmıkovadı. Heç vaxt ölkənizdə olmamışam, amma hər zaman gəlib görmək arzusundaydım. Nəhayət, bu arzum gerçəkləşdi. Gəlməyimin səbəbi atam Viktor Kravçenko oldu. Çernobıl hadisələrinin iştirakçısı olan V.Petroviç düz 43 ildir ki, ağır tonnajlı yük maşınlarının, sürücüsü işləyərək başqa-başqa ölkərə səfərə getməklə, müxtəlif çeşidli mallar daşıyır. Növbəti səfəri də cari ilin aprel ayında Azərbaycana olur. Aprelin 19-da malları ünvana çatdırandan sonra yolda atamın halı pisləşir. Sahil qəsəbəsinin yaxınlığında maşını saxlayır. Az sonra birtəhər özünə gəlib atam maşını işə salmaq istəsə də alınmır. Maşının sazlığını yoxlayan zaman sürücü kabinası aşaraq yerə düşür və atam yenidən onunla bərabər yıxılır. İmdadına yetişən YPX inspektorları atama ilk yardım göstərərək hadisə yerinə təcili tibbi yardım briqadasını çağırırlar. Həkim zəruri prosedurları həyata keçirdikdən sonra məsləhət görür ki, o, xəstəxanaya yerləşdirilməlidir. YPX əməkdaşları: “Narahat olmayın, maşının təhlükəsizliyi yüksək səviyyədə təmin olunacaq”, -desələr də, bununla razılaşmayan atam, maşının yanında qalmağı üstün tutur.

Təkrar halı pisləşəndə isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Reanimasiya şöbəsinə çatdırılır. Atamın böyük ölçülü işemik insult diaqnozu qoyulur.
YPX əməkdaşları yolda qalmış maşını evakuator vasitəsi ilə cərimə meydançasının duracağına yerləşdirirlər. İçində olan külli miqdarda pul, möhürlər, ştamplar, lisenziya, noutbuk, sənədlər və pasportlar təhvil-təslim aktında qeyd edilərək xəstəxanaya verilir. YPX inspektorlarından başqa bir polis əməkdaşı da atama baş çəkir.
Bizə xəbər verilənə qədər həmin polislər həkimlərdən atamın səhhəti ilə maraqlanırlar, xidmətdən sonra yanına gəlib-gedirlər.

İki gündən sonra mən həyat yoldaşım Serqeylə Xarkov şəhəridən bir başa reyslə Bakıya gəldik. Polis əməkdaşlarının nömrəsini bizə xəstəxanada verdilər. Əlaqə saxlayaraq Qaradağ RPİ 38-ci PB-nə gəldik. Maşınla bağlı suallar bizi narahat edirdi. Əgər həyat yoldaşımla həmin TIR-ı aprelin 29-na qədər sərhəddən çıxartmasaydıq bizi böyük cərimə gözləyirdi.

Maşının duracaqdan çıxarılmasında, evakuatora, Miqrasiya Xidmətinə ödənişində, Ukrayna səfirliyindən arayış götürülməsində və digər məsələlərdə təhqiqatçı bizə çox kömək etdi...
Bir sözlə, polislərin çevikliyi, vicdanlı yanaşması, insanlıqları və ən əsası, sanki doğmasına olan münasibəti heç zaman unutmayacağıq. Unutmamağımın bir səbəbi də o olacaq ki, bu sərgüzəştlər vaxtı öz doğum günümü də reanimasiyada, atamın yanında keçirdim…”

YPXA-nın 6-cı taqımının inspektoru, polis serjantı Adgözəl Alıyev 1991-ci ildə Şamaxıda doğulub. 2012-ci ildən DİO-dadır. Polis serjantı Hafiz Məhərrəmov 1991-ci ildə Bakı şəhərində doğulub. 2015-ci ildən xidmətə başlayıb.
Bakının ən gur məkanı -Nizami küçəsi. 2012-ci ilin aprel ayı. Bu küçə gündəlik həyatını yaşayır. Amma bu sabitliyi istəməyən, Azərbaycanda olan bu inkişafı gözü götürməyənlər yenə də çalışdılar ki, qarışıqlıq və çaxnaşma yaratsınlar. Qarşıdurma vaxtı yerə düşən bayrağımızı əyilib yerdən götürəndə başından ağır zərbə aldı, huşunu itirdi. Ayılanda özünü DİN-in A.Heydərov adına Respublika Hospitalında gördü və gözləri ilə bayrağı axtardı. Bayrağın səliqəli formada dolabın üzərində qoyulduğunu görüb rahat nəfəs aldı.

Qaradağ RPİ 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı Pərviz Məmmədov 1981-ci ilin noyabırında Mingəçevir şəhərində doğulub. 2005-ci ildən DİO-da xidmət edir. Dəfələrlə kikboksinq turnirlərinin qalibi olub.

Ruslav Vəliyev,
polis leytenantı





Çap et  Çap et