Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

03.04.2019

Sevirlər, qoruyurlar…

Bu şəhərdə yaşamaq da, işləmək də, istirahət etmək də xoşdur, rahatdır. Gəncənin necə böyük sürətlə inkişaf etməsi, abadlaşdırılması, tarixi keçmişi qorunmaqla müasirliyə qovuşması, əsrarəngiz bir şəhərə çevrilməsi isə bir başqa söhbətin mövzusu, yazarların işidir. Mənsə gördüyümü, görünənləri fotonun yaddaşına çevirirəm. Beləliklə, gördüklərim bunlardır: Tərtəmiz şəhər, rahat, təmiz yollar, yaraşıqlı xiyabanlar. Və bu xiyabanlarda gəzən, dincələn insanlarımız.
Yeri gəlmişkən, bütün bu mənzərəyə təhlükəsiz şəhər kameralarının da “gözü”ndən baxmaq olar.

“Təhlükəsiz Şəhər” Xidmətinin rəisi, polis polkovnik-leytenantı Ceyhun Dəmirov, xidmətin əməkdaşlarıdan polis kapitanı Aytən Bağırova, polis baş leytenantı Vüqar Abbasov, polis serıantları Əziz İsayev və Ömər İbrahimov hər gün bu gözəlliyə şahidlik edirlər.

Üzeyir Muradov





Çap et  Çap et