Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Orqanının Polis qəzeti

Rəsmi

25.02.2019

Məktub yazır, minnətdarlıq edirlər…

Bir neçə il öncə respublikamızda, xüsusən də Bakı şəhərində yeraltı və yerüstü piyada keçidlərinin salınması gündəmin əsas mövzusu oldu. Problemi həll etmək üçün dövlətin dəstəyi də özünü çox gözlətmədi. Lakin problemlər bununla da bitmədi. Hər gün yollarda həyatını itirənlərin xəbərini aldıq. Bəs, ölümlərə səbəb nədir? Qısa və konkret desək, səbəb məsuliyyətsizlikdir. Çünki məsuliyyətin bir adı da qayda-qanuna riayət etməkdir. Bir sözlə, yollarda təhlükəsizliyin əsas şərti sürücü və piyada məsuliyyəti, həm də elə, sözün əsl mənasında, mədəniyyətidir. Və bu yerdə yada “Məsuliyyət də bir mədəniyyətdir” fikri düşür...

Minnətdarlıq hissi ilə yazılmış məktublarda yüzlərlə müşahidə kamerası, radar qurğusu və digər texniki vasitələrlə qorunan yollarımızda gecə-gündüz, isti-soyuq bilmədən xidmət aparan həmkarlarımızın zəhmətindən, xidmətindən dönə-dönə bəhs olunur.

Elə bu yazını hazırlamağa səbəb istifada olan polkovnik Vidadi Abdullayevin və iyirmiyi nəfərdən çox Rəsulzadə qəsəbə sakininin ünvanladığı təşəkkür məktubu oldu. Haqqında minnətdarlıq hissi ilə yazılan orqan isə Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi idi. Rayon sakinləri rəis, polis mayoru Mərdan Əliyevin gördüyü işlərdən söhbət açırlar.

Yazırlar ki, onun təşəbbüsü ilə “Stroydetal” küçəsində aparılan təmir işləri, işıqlandırma dirəklərinin və naqillərin dəyişdirilməsi, su və kanalzasiya xəttlərinin təmir edilməsi, şöbəyə yaxın əraziyə yeni asfalt örtüyünün salınması hər kəsin sevincinə səbəb olub.
Məktubda qeyd olunur ki, ərazidə qaçqın və məcburi köçkün ailələri yaşayır. Onların qayğılarına xüsusi diqqət ayırması əsl insanlıq nümunəsidir.

Biz də məktubun izinə düşüb həmin ünvana yollandıq, görülən işlərin şahidi olduq. Vidadi Abdullayev məktubun qısa zana kəsiyində ünvana yetişməsinə və ona çevik reaksiya verilməsinə təəccübünü gizlətmədi. Dedi ki, səhhəti ilə əlaqədar həkimin məsləhəti ilə səhər və axşam saatlarında gəzintiyə çıxır. Gündüzlər bu mümükün olsa da, gecələr mümkün deyildi. Çünki küçədə işıqlandırma yox idi və belə vəziyyət hər addımda təhlükə ilə üzləşmək demək idi.

Sakinlər onu da diqqətimizə çatdırdılar ki, insanların köməyinə tələsən, problemlərinin həllinə nail olmaq üçün əlindən gələni əsirgəməyən həmkarımızı, vacib deyil ki, bütün sürücülər də sevsinlər.
Qayda pozan, avtomobili sənədsiz, sərxoş vəziyyətdə idarə edənlərə polis mayoru Mərdan Əliyevin də bir tövsiyəsi var. İnsanları, insanlığımızı qoruyaq...

T.Hafiz
polis mayoru





Çap et  Çap et