Logotype

1933-cü ildən çıxır

Xəbərlər

30.05.2023

Jurnalımız artıq oxucuların ixtiyarındadır

DİN-in “Asayişin keşiyində” jurnalının builki ilk nömrəsi çap olunub.
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar jurnalımız, əsasən, ulu öndərin həyat və siyasi fəaliyyətinə, xalqımıza bağışladığı ömür yoluna həsr edilib. Dərgidə yer alan ümummilli liderin 1999-cu ildə “Azadlıq” radiosunun rus redaksiyasına verdiyi müsahibədə oxucularımız ulu öndərin öz dilindən səsləndirilən tarixi faktlara bir daha nəzər yetirə bilərlər.

Prezident İlham Əliyevin yeni Qarabağ strategiyası, müvafiq sərəncamları, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun yerlərdə vətəndaşlarla keçirdiyi görüşlər, Nazirlikdəki tədbirlər, eləcə də Vətən müharibəsi qazilərinin döyüş yolu və digər mövzular üzrə publisistik yazılar, maraqlı faktlar dərc edilib.
Həmişə nəfis tərtibatı ilə seçilən jurnalın bu sayı da zəngin illüstrasiyası ilə diqqət çəkir.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər