Logotype

1933-cü ildən çıxır

Xəbərlər

14.03.2023

Tədbirlər davamlı olacaq

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar DİN-in Polis Akademiyasının I kurs kursantları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Kursantlara Mərkəzin yaranma tarixi, onun hansı üslubda inşa olunması ilə bağlı məlumat verilib. Qeyd olunub ki, burada ulu öndərin fəaliyyəti dövründə istifadə edilən nəqliyyat vasitələri, bir çox şəxsi əşyaları saxlanılmaqla yanaşı, Azərbaycan tarixini özündə ehtiva edən bir çox eksponatlar – Azərbaycan milli geyimləri, xalçalar, musiqi alətləri qorunur. Mərkəzlə tanışlıq kursantlar tərəfindən böyük maraqla qarşılanıb.

“Heydər Əliyev İli” çərçivəsində daha bir tədbir keçirilib. Bu dəfə Polis Akademiyasının yardımçı təsərrüfat sahəsində akademyanın şəxsi heyəti və kursantları ağaç əkiblər. Aksiya ilə bağlı fikirlərini bölüşən Akademiyanın rəisi, polis general-mayoru Canpolad Daanov bildirib ki, belə aksiyalar gələcəkdə davamlı olacaq, daha mütəşəkkil və əhatəli şəkildə həyata keçiriləcək. Məqsəd ətraf mühitin mühafizəsi ilə yanaşı, ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.
Qeyd edək ki, aksiyada 100 ədəd zeytun ağacı əkilib, abadlıq işləri aparılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Ruhiyyə Əliyeva,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər