Logotype

1933-cü ildən çıxır

Xəbərlər

12.01.2023

Ən sərrast atıcılar məlum oldu

Ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsilə bağlı silsilə tədbirlərin keçirilməsinə start verilib. DİN Polis Akademiyasında da tədbirlər planına uyğun olaraq 9-11 yanvar tarixlərində əyani təhsil üzrə III və IV kurs kursantları “Ən sərrast atıcı“ adı uğrunda hədəfi nişan alıblar.

Ümummilli lider Heydər Əliyevin, vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin, xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olmuş həmkarlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra tədbir açıq elan olunub.

Hərbi kafedranın əməkdaşları yarışın qaydaları və şərtləri barədə iştirakçıları məlumatlandırıblar. İlk tapşırıq kursantların tapançadan atış üzrə ilkin vərdişlərə və dəqiq nişan almaq taktikasına yiyələnmə məqsədilə gündüz hədəfə yerindən cüt əllə atəş açması olub.

Münsiflər heyətinin rəyinə və nəticələrə əsasən şəxsi birincilikdə I yerə IV kurs 1-ci taqım kursantı Turqut Süleymanlı, II yerə III kurs VII-ci taqım kursantı Qamət Ənvərzadə, III yerə isə III kurs VIII-ci taqım kursantı Polad Hüseynli layiq görülüb.

Tədbirin yekununda qalib kursantlara diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər