Logotype

1933-cü ildən çıxır

Xəbərlər

10.01.2023

Haqqın keşiyindəyik...

Artıq 32-ci gündür ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə təbii sərvətlərimizin talanmasına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına, eləcə də Qarabağ iqtisadi rayonunda ekoloji terrora etiraz olaraq ekofəallar və qeyri-hökumət təşkilatlarının təmsilçiləri Laçın-Xankəndi yolunun bir hissəsində dinc aksiya keçirirlər.

Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşlarının xidməti, təhlükəsizliyin təmini aksiya iştirakçıları tərəfindən minnətdarlıqla qarşılanır. Fəalların aksiyada hərbi qulluqçuların və polis əməkdaşlarının ünvanına alqışlarla səsləndirdikləri şüarlar ictimai rəğbətin, habelə onların fəaliyyətinin müsbət qiymətləndirilməsinin təzahürüdür.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər