Logotype

1933-cü ildən çıxır

Xəbərlər

03.01.2023

Şəhid ailələri ziyarət olunub

Beyləqan, Xızı, Göygöl, Oğuz və Biləsuvar Rayon Polis şöbələrinin əməkdaşları Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan oğullarımızın ailələrinə baş çəkib, onların qayğıları ilə maraqlanıblar.
Şəhid ailələri ilə keçirilən görüşlərdə igid oğullarımızın müqəddəs amal uğrunda canlarından keçdikləri bir daha vurğulanıb, onların əziz xatirəsinin daim qəlbimizdə yaşayacağı diqqətə çatdırılıb.

Həmkarlarımız gətirdikləri bayram sovqatlarını şəhid ailələrinə təqdim ediblər.
Aztəminatlı ailələri də ziyarət edən asayiş keşikçiləri onlara da bayram sevinci yaşadıblar.
Şəhid ailələri və aztəminatlı soydaşlarımız göstərilən diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin kollektivinə təşəkkür ediblər.

Geriyə Çap et


Faydalı keçidlər
Linklər