Logotype

1933-cü ildən çıxır

Xəbərlər

15.12.2022

Nəticələri təhlil edərkən...

Sabirabad Regional Mühafizə Şöbəsi öz fəaliyyəti ilə mülkiyyət əleyhinə törədilən cinayətlərin qarşısının alınmasında həm əmlak sahiblərinin etimadını qazanıb, həm də cinayətkarlığa qarşı mübarizəyə müstəsna töhfə verir.
Rayonun mərkəzində yerləşən və müasir tipli avadanlıqlarla təchiz olunmuş şöbənin inzibati binasında lazımi şəraitin yaradılması, eləcə də rəhbərlik tərəfindən xidmətin düzgün təşkili, başa çatmaqda olan ilin yekununu təhlil edərkən bizə nəzərəçarpan uğurlara şahidlik etmə fürsəti verdi.

Öncə ondan başlayaq ki, fiziki hazırlığı yüksək səviyyədə olan əməkdaşlardan təşkil edilmiş Mühafizə Şöbəsinin şəxsi heyəti obyekt və mənzillərdə etibarlı qorunmanı təmin etməklə, mühafizəyə qoşulmaq istəyən əmlak sahiblərinin sayını artıra bilib. Belə ki, şöbə tərəfindən mühafizə olunan 312 obyektdən 33-ü stasionar xidmətdən yararlanır, 279-u isə Mərkələşdirilmiş Mühafizə Məntəqəsinə qoşulub. Bu il mühafizəyə qəbul olunmuş 28 obyekt sahibindən 4-ü stasionar, 24-ü isə MMM vasitəsilə qorunmaq üçün şöbə ilə müqavilə bağlayıb.

Özünü maliyyələşdirən qurum olaraq sahibkarlarla bağlanmış yeni müqavilələr istər rentabelliyin təmin edilməsi, istər əməkdaşların əmək haqlarının və digər ödənişlərin vaxtlı-vaxtında verilməsi, istərsə də də, bizim üçün daha önəmlisi, cinayət hadisələrinin qarşısının alınması istiqamətində irəliyə atılmış bir addımdır. Onu da qeyd edək ki, obyekt və mənzillərin siqnalizasiya vasitəsi ilə mühafizəyə qəbul olunmasında Sabirabadla yanaşı, Saatlı ərazi polis orqanları tərəfindən də yaxından köməklik göstərilir.

Sabirabad Regional Mühafizə Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Əli Babayev qəzetimizə bildirib ki, əməkdaşların xidmət şəraitinin yaxşılaşdırılması ümdə məsələlərdən biri kimi daim diqqətdə saxlanılır. Əsaslı şəkildə təmirdən sonra bütün zəruri invertarlarla təchiz edilərək istifadəyə verilmiş Saatlı Rayon Mühafizə Bölməsinin 150 kvadratmetirlik inzibati binası, bu baxımdan, bölgədə cinayətkarlıqla qətiyyətli mübarizənin daha bir dayaq məntəqəsidir.

Ümumən, mühafizə polisində cinayət hadisələrinin qarşısının alınmasında tutucu qruplarının üzərinə böyük məsuliyyət düşür, çünki cinayətə cəhd edənlərlə ilk üz-üzə gələnlər onlar olur. Sabirabad RMŞ-nin tutucu qrupunun əməkdaşları - polis baş serjantı Vasif Süleymanov və polis serjantı Cəlal İsmiyev də rayon ərazisində mülkiyyətçilərə məxsus obyektlərin və mənzillərin etibarlı mühafizəçisi adını doğruldurlar.

Bundan əlavə, şöbənin əməkdaşları cinayətkarlığa və ictimai qaydanı pozanlara qarşı mübarizə tədbirlərini də özlərinin əsas vəzifəsi hesab edirlər. Bunun nəticəsidir ki, rayonda 2 oğurluq hadisəsinin qarşısı alınaraq 3, ictimai qaydanı pozan 5, narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinən 1 nəfər tutularaq Sabirabad RPŞ-yə təhvil verilib.

Rayondakı bazarda və ətrafındakı ticarət obyektlərində baş verən yanğının söndürülməsinə cəlb edilmiş əməkdaşlar sahibkarların əmlaklarının yalnız cinayətdən deyil, hər hansı səbəbdən törənmiş hadisədən zərərçəkməni önləmək gücündə olduqlarını təsdiq ediblər.

Rəşad Mehtiyev,
polis baş serjantı

 

Geriyə Çap et


Faydalı keçidlər
Linklər