Logotype

1933-cü ildən çıxır

Xəbərlər

04.12.2022

O, xalqın və dövlətin xilaskarıdır Azərbaycançılıq ideologiyası bizi birləşdirən dəyərdir

Ulu öndər Heydər Əliyev xalqımızın iftixarı, güvənc yeri və qürur duyduğu ən böyük azərbaycanlıdır. Onun Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil.

Azadlığımızı, müstəqil dövlətçiliyimizi itirmək təhlükəsilə üzləşdiyimiz ağır günlərdə səsimizə səs verib həyatını təhlükəyə ataraq o canından, hətta övladlarından belə çox sevdiyi Vətənini, xalqını məhv olmaqdan xilas etmək üçün çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. Bu, sözün əsl mənasında, «ömrümün qalan hissəsini də xalqıma bağışlayıram»,- deyib, meydana atılan Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi. Siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan xidmətdə olduğunu bir daha sübut etdi.

Daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq həyatı, sağlamlığı bahasına gecəli-gündüzlü fədakar əməyi hesabına müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi.
Ulu öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq etdi.

Bu gün şanlı tariximizin yeni səhifələri yazılır. Bu yeni salnamənin parlaq səhifəsi isə 44 günlük Vətən müharibəsindəki böyük zəfərin gətirdiyi müasir reallıqlardır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, cənab İlham Əliyevin layiqincə davam etdirdiyi siyasi xəttin nəticəsi olaraq güclü Azərbaycan dövləti bir daha öz qüdrətini dünyaya nümayiş etdirərək beynəlxalq təşkilatların illərlə çözə bilmədiyi məsələni "Dəmir yumruq" əməliyyatı ilə cəmi 44 günə reallığa çevirdi. Bu, Ata vəsiyyətinin yerinə yetirilməsi vədinə sadiqliyinin bariz təcəssümüdür.

Ulu öndər 19 ildir ki, cismən aramızda olmasa da, ölkəmizi işıqlı sabahlara aparan bəşəri ideyaları ilə xalqımızın qəlbində əbədi yaşayır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan etməsi haqqında xüsusi bir Sərəncam imzalaması bu dahi şəxsiyyətin dünya tarixindəki yeri və mövqeyinə, müstəqil dövlətimiz və xalqımız qarşısındakı tarixi xidmətlərinə dövlət səviyyəsində göstərilən yüksək münasibətin, verilmiş böyük qiymətin əməli ifadəsidir.
Qeyd edək ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının ümummilli liderinin anadan olmasının 100-cü ildönümüdür.

Ruhiyyə Əliyeva,
polis kapitanı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər