Logotype

1933-cü ildən çıxır

Xəbərlər

29.09.2022

Azyaşlı xilas edilib

Narkomaniyanın qurbanına çevrilən gənc ana 3 yaşlı övladını dilənməyə məcbur edib. Suraxanı rayonunda baş verən hadisə barədə məlumat alan polis dərhal uşağın və ananın tapılması istiqamətində axtarışlara başlayıb.

Suraxanı RPİ 31-ci PB-nin əməkdaşları tərəfindən yeri elə həmin gün müəyyən edilən ana uşağı ilə birgə bölməyə aparılıb və araşdırmalarla fakt öz təsdiqini tapıb. Bundan sonra onların yaşadıqları ünvana polis əməkdaşları ilə birlikdə baxış keçirən rayon icra hakimiyyətinin müvafiq komissiyası baxımsız və sosial təhlükəli vəziyyətdə qalan azyaşlının sığınacağa yerləşdirilməsi barədə qərar verib.

Polis Bölməsinin baş inspektoru, polis mayoru Rəsul Hüseynovun iştirakı ilə sığınacağa yerləşdirilən uşağı dilənməyə məcbur edən ana ilə bağlı araşdırmalar davam etdirilir. Onun məhkəmə qərarı ilə məcburi müalicəyə cəlb ediləcəyi bildirilir.

Azyaşlını sığınacağa qəbul edən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə məsələ ilə bağlı feysbuk hesabında paylaşım edərək yazıb ki, bircə foto Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla iş aparan əməkdaşlarının araşdırma aparıb uşağı xilas etməyə bəs edib: “Və nəticə! Hər birinizə təşəkkür edirəm! Tək bir uşaq xilas olmadı, eləcə də evdə psixi problemli nənə də artıq xilas olacaq”.

Rəşad Mehtiyev,
polis baş serjantı

Geriyə Çap et


Faydalı keçidlər
Linklər